Ermənistanda yeni seçki bloku yaradılıb.
Astarainfo.az
 Ermənistan KİV-ə istinadən xəbər verir ki, keçmiş prezident Serj Sarkisyanın rəhbəri olduğu Respublika və Artur Vanetsyanın sədrlik etdiyi Vətən partiyaları “Şərəf duyuram!” seçki blokunun yaradılması barədə anlaşma memorandumu imzalayıb. İmzalanma mərasimdən əvvəl jurnalistlərin “seçkilərə niyə qatılmırsız?” sualını cavablandıran S. Sarkisyan erməni xalqına xidmətlərini bitirdiyini düşündüyünü deyib: “Seçki siyahısında adım ona görə yoxdur ki, hər hansı yüksək vəzifəyə iddia etmirəm. Hesab edirəm ki, mənim üçün bu səhifə artıq qapanıb. Adları bu siyahıda olanlar hökumətdə vəzifə tutmağa iddialıdırlar, mən isə yox”.