Bakıdan sonra ilk dəfə Astarada möhtəşəm dənizkənarı bulvarın salınması sakinlərimizin ürəyindən olmuşdur.Bir tərəfi dəniz, bir tərəfi də meşə olan bu gözəl diyarda belə bir park-bulvarın salınması onun möhtəşəmliyi ilə birlikdə orjinallığına,təkrarolunmazlığına parlaq sübutdur.2014-cü ildən tikintisi başlanan dənizkənarı park-bulvarın birinci hissəsində işlər başa çatdıqdan sonra təkcə rayon əhalisi deyil, respublikamızın müxtəlif guşələrindən və xarici ölkələrdən gələn qonaqlar və turistlər burada yaradılan şəraitdən razılıqlarını ifadə edirlər.

Astarainfo.az xəbər verir ki ,dənizkənarı park-bulvarın mövcud ərazisi mövsüm ərzində turistlər və qonaqlarla dolu olur. Bulvar ərazisinin genişləndirilməsinə ciddi ehtiyac olduğunu nəzərə alaraq rayon rəhbərliyi Xəzər dənizinin sahili boyu diqqətdən kənarda qalmış bərbad ərazinin abadlaşdırılmsı üçün konkret və əməli tədbirlər həyata keçirmişdir.Artıq  dənizkənarı park-bulvarın ərazisinin genişləndirilməsi, orda geniş abadlıq və quruculuq işlərinin aparılmasına başlanılmışdır. 9 hektar ərazidə Bayraq meydanı, qala divarları,iaşə obyektləri,idman kompleksi, əyləncə mərkəzləri inşa edilməsi, xaricdən gətirilmiş müxtəlif növ ağacların əkilməsi və digər infrastruktur layihələrin icrası nəzərdə tutulmuşdur.Dənizkənarı park-bulvarın genişləndirilməsində ağır yük maşınlarından,ekskavator və buldozerlərdən istifadə olunur.

İyun ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla park-bulvar ərazisinin genişləndirilməsi ilə əlaqədar vəsaitin ayrılması rayonumuzun bütün ictimaiyyətinin sevincinə və ruh yüksəkliyinə səbəb olmuş, bu diqqət və qayğıya görə astaralılar möhtərəm Prezidentimizə dərin təşəkkür və minnətdarlıqlarını bildirirlər.Əhalinin səbirsizliklə istifadəsini gözlədikləri park bulvarın ikinci hissəsində tikinti-quraşdırma işləri böyük mütəşəkilliklə davam etdirilir.