İyulun 21 “Astara” qəzetinin əməkdaşları ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib.Astara Heydər Əliyev Mərkəzində Milli Mətbuat günü münasibətilə keçirilən tədbiri Mərkəzin direktoru Kübra Səmədova açıb.

“Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda videofilm nümayiş etdirilib.

“Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı Milli Mətbuat günü ilə əlaqədar geniş məruzə edib.

Bayram tədbirində “Astara” qəzetinin əməkdaşı Azər Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sakitə Ülvi, “Bilik Fondu Astara rayon təşkilatının sədri Mehman Qaraxanoğlu və başqaları çıxış edərək Milli Mətbuatımızın 142 illik tarixi, rayonda nəşr olunan yeganə mətbu orqan olan “Astara” qəzetinin fəaliyyəti haqqında fikir və mülahizələrini diqqətə çatdırıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin təşkilatçılığı, “Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızının təşəbbüsü və yaxından köməkliyi ilə “Astarainfo.az” saytının fəaliyyətə başlaması haqqında tədbir iştirakçılarına məlumat verilib və bu barədə videoçarx nümayiş etdirilib.

“Astara” qəzetinin baş redaktoru F.Söhrabqızı bir qrup jurnalistə fəxri fərman və hədiyyələr təqdim edib.

Milli Mətbuat günü münasibətilə keçirilən ümumrayon tədbiri əyləncə mərkəzində şirniyyat stolu arxasında davam etdirilib. “Astarainfo.az” saytının açılışı ilə əlaqədar hazırlanmış tort tədbir iştirakçılarının alqışları və musiqi sədaları altında kəsilərək paylanılıb.

Tədbirdə dövlət qulluğu təqaüdçüsü Kamil Kamilov, Astara Bələdiyyəsinin sədri Aygül Məmmədova, rayon icra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, şəhər 1 saylı tam orta məktəbin direktoru Xədicə Əliyeva, “Astara” qəzetinin əməkdaşı Gülnar Əsədli, Gənclər və İdman İdarəsinin əməkdaşı Elnur Qurbanlı və başqaları çıxış edərək Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik ediblər.

Cəlal Mədətzadənin rəhbərliyi ilə “Sevinc” xalq çalğı alətlər ansamblının iştirakı ilə bayram konserti təqdim olunub.