Yay mövsümü ilə əlaqədar Astara rayon MKS-nin tərtib etdiyi tədbirlər planına əsasən rayon əhalisinə göstərilən kitabxana xidməti davam etməkdədir. 17-22 iyul tarixində Astara rayon Mərkəzi kitabxanasında “Mütaliə həftəsi” təşkil olunmuşdur. Sərgidə Azərbaycan Prezidentinin sərəncamı əsasında latın qrafikası ilə nəşr olunmuş kitablar, yerli yazarların kitabları və uşaq ədəbiyyatı nümayiş etdirilib. “Vətənpərvərlik müqəddəs hissdir” və “Astara- turizm diyarı” mövzularında stendlər qurulub. Mütaliə həftəsinin təşkil edilməsində əsas məqsəd insanların kitaba marağını artırmaq, qiraət etməyə həvəsləndirməkdir. “Mütaliə həftəsi” rayonun kitabsevərləri tərəfindən maraqla qarşılanmışdır.