“WorldFood Azerbaijan 2017” sərgisinin ilk günü çox əlamətdar bir gün kimi “Astara Çay” MMC-nin tarixinə yazıldı. Belə ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva “WorldFood Azerbaijan 2017” sərgisi ilə tanışlıq zamanı “Astara Çay” stendi ilə də tanış olublar. Ölkə başçısı və birinci xanıma şirkətin yaranma tarixi və istehsal etdiyi məhsullar, eləcə də bütün çay məhsulların istehsalı üçün istifadə edilən xammalın yalnız Azərbaycanın subtropik bölgəsi olan Astara və Lənkəran rayonlarındakı çay plantasiyalarından tədarük edildiyi barədə məlumat verilib.