Astarainfo.az REPORT.AZ-a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC qış geyim formalarının satın alınması məqsədilə açıq müsabiqə elan edib.

“Report” xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son tarix 4 avqustdur. Təkliflər Bakı şəhəri, Rəsulzadə küçəsi, 5 ünvanında qəbul edilir. Telefon: (012) 493-41-52, 404-37-00, daxili 1132.