İsveçrədə piyadalar üçün dünyada ən uzun asma körpü açılıb.

Astarainfo.az Trend-ə istinadən verdiyi məlumata görə, körpünün uzunluğu 494 metr, eni isə 65 santimetr təşkil edir.

Məlumata əsasən, körpünün tikintisinə 750 min dollar xərc çəkilib.