Möhtəşəm “Jara-2017” Beynəlxalq Musiqi Festivalının hazırda bağlanış mərasimi keçirilir.

Astarainfo.az Publika.az -a istinadən xəbər verir ki, sonuncu konsert günü Rusiyanın Xalq artisti Qriqoriy Lepsin yaradıcılığına həsr olunub. Bağlanmış mərasimində Sergey Lazarev, Dima Bilan, Nikolay Baskov, Emin Ağalarov, Stas Pyexa, Soso Pavliaşvili, Maksim Fadayev, Aleksandr Marşal, Valeriy Meladze və bir çox başqa ulduzlar öz hitləri ilə sonuncu dəfə tamaşaçıları sevindirib.

Yerli ifaçılardan isə bu gün Miri Yusiflə Röya çıxış edib.

Məlumat üçün bildirək ki, “Jara” Beynəlxalq Musiqi Festivalı artıq ikinci dəfədir ki, Azərbaycanın paytaxtında keçirilir. Son üç gün ərzində Rusiyanın ən populyar və sevilən estrada ulduzları Bakıda azərbaycanlı tamaşaçılar və pərəstişkarlarına unudulmaz musiqi bayramı yaşadıb.

Emin Ağalarov, Qriqoriy Leps və Sergey Kojevnikovun təşkilatçılığı ilə keçirilən festivalda Rusiyanın, eləcə də yerli şou-biznesin tanınmış simaları iştirak edib. Bağlanış mərasiminin aparıcıları Yana Çurikova Maksim Qalkin olub.