Astarainfo.az Day.az-a istinadən təqdim edir.
Həzmi inkişaf etdirir
Çəyirdəklər bol miqdarda lifdən ibarətdir ki, bu səbəbdən qəbizlik problemi olanlar üçün əla seçimdir. Qarpız çəyirdəkləri həzmi asanlaşdırır.
2. Böyrəkləri təmizləyir
Qarpız böyrəklərin dostudur. Day.Az deyerler.org-a istinadən bildirir ki, bu səbəbdən qarpız çəyirdəyi istehlak edərək böyrəklərinizi təmizləyə bilərsiniz.
3. Ürəyi qoruyur
Qarpızda arginin adlı maddə mövcuddur. Zülallarda yer alan bu amin turşusu qan təzyiqini tənzimləyir. Əlavə olaraq damarları açır və qanın asanlıqla ötürülməsinə yardımçı olur.
4. Təbii antidepressantdır
Qarpız çəyirdəklərindən hazırlanmış bu məhlul, B vitamini qrupu baxımından zəngindir. Eyni zamanda qarpız serotonin ilə də zəngindir.
Bu qarpız çəyirdəyi çayını necə hazırlaya bilərik?
40 qarpız çəyirdəyi və 2 stəkan su lazımdır.
İlk olaraq qarpız çəyirdəklərini mikserlə parçalayın. Çəyirdəklər nə qədər təzə olsa o qədər yaxşıdır. Onları suda qaynadın vəssalam. Bu çayı iki gün ərzində içə bilərsiniz.