Hindistanın şərqində ildırım 14 nəfərin həyatına son qoyub

 

Hindistanın Orissa şəhərində ildırım vurması nəticəsində azı 14 nəfər həlak olub, 6 nəfər xəsarət alıb.

 AZƏRTAC– xarici KİV-lərə istinadla xəbər verir ki, ştatın şimal-şərq sahilləri güclü qasırğanın təsiri altındadır. Ölüm halları ən çox Bhadrak dairəsində qeydə alınıb – burada 5 nəfər həlak olub. Qonşu Balasor və Kendrapara dairələrinin hər birində 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Həmçinin Banspal, Anqul və Sundarqarx dairələrində də həlak olanlar var.

Hindistanda hər il ildırım vurmasından yüzlərlə insan həyatını itirir. Ölüm halları ən çox musson öncəsi və musson mövsümündə (may-sentyabr aylarında) qeydə alınır. Belə ki, Hindistanın meteorologiya departamentinin məlumatına görə, 2016-cı il ərzində ildırım vurması nəticəsində 415 nəfər həlak olub. İldırım bu ölkədə şiddətli istilər və daşqınlardan sonra ölümə səbəb olan üçüncü təbiət hadisəsi sayılır