Kuril adalarından şərqdə 5,7 bal gücündə zəlzələ baş verib

Kuril adalarından şərqdə 5,7 bal gücündə zəlzələ baş verib.

Astarainfo.az-ın  RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Geoloji xidməti xəbər verib.

Yeraltı təkanlar UTC vaxtı ilə 21.00 radələrində qeydə alınıb. Zəlzələnin episentri Kurilsk şəhərindən 262 kilometr şərqdə Uturup adasında yerləşib. Zəlzələnin ocağı 86 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.