Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Astarainfo.az Ölkə.Az-a istinadən xəbər verir ki, “Qarabağ” Moldovada “Şerif”in qonağı olub. İlk görüş Bakıda 0:0 hesabı ilə başa çatmışdı. Komandamız səfərdə 1:2 hesabı ilə qalib gələrək Azərbaycan futbolunda yeni tarix yazıb. “Qarabağ” ÇL-in pley-off mərhələsinə yüksələn ilk klubumuz olub.
1 avqust
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
21:00. “Şerif” (Moldova) – “Qarabağ” (Azərbaycan) – 1:2
Qol: Dino Ndlovu, 45+3, Miçel, 87, Ziguy Badibanga, 90+
İlk oyun – 0:0
Baş hakim: Roy Reynşreyber
Baş hakimin köməkçiləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
Tiraspol. “Şerif” stadionu