Türkiyənin İğdır vilayətinin valisi Naxçıvana səfər edib

Türkiyənin İğdır vilayətinin valisi Ənvər Ünlü Naxçıvan Muxtar Respublikasına səfər edib.

Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan “Report”a verilən məlumata görə, vali Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşüb. Tərəflər bölgələr arasında əməkdaşlığın möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

Bundan əlavə, Ə.Ünlü Türkiyənin Naxçıvandakı Baş Konsulluğunu ziyarət edib, diplomatik missiyasının əməkdaşları və Naxçıvanda yaşayan Türkiyə vətəndaşları ilə görüşüb.