Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda təqdim olunacaq

Tanınmış kinorejissor və ssenarist Elçin Musaoğlunun Türkiyədə baş vermiş 15 iyul dövlət çevrilişi cəhdi zamanı yaşanan hadisələr barədə ekranlaşdırdığı sənədli film 7-ci Malatya Beynəlxalq Film Festivalında təqdim ediləcək.

Bu barədə Anadolu Agentliyinə kinorejissor özü məlumat verib. Onun sözlərinə görə, “15 iyul gecəsi” adlı filmin çəkilişləri Azərbaycan və Türkiyədə (Ankara, İstanbul, Malatya) aparılıb. Filmdə Xalq Artisti Azərin də iştirak edir.

Qeyd edək ki, sözügedən festival noyabrın 9-dan 16-dək davam edəcək.

AZƏRTAC