Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Kür çayında batmış şəxsin meyitini tapıblar.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, A. Bayramlının meyiti batdığı yerdə aşkar edilib.
*** 16.57
Şirvan şəhər sakini Kür çayında batıb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 2000-ci il təvəllüdlü Ağamurad Hidayət oğlu Bayramlı bu gün çayda çimərkən boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onun axtarışlarını davam etdirirlər.