Astarainfo.az APA-a istinadən verdiyi məlumata görə, hadisə Osaküçə kəndi ərazisində qeydə alınıb.
İdarəetməni itirən sürücünün avtomobili dərəyə yuvarlanıb. Nəticədə maşında olan 5 nəfər ağır xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.