Tanınmış müğənnilər “Retro Bakı” layihəsində çıxış edəcəklər

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 4-ü və 5-də saat 19:00-da Fəvvarələr Meydanında olacaq.

İdarədən AZƏRTAC-a bildirilib ki, bu həftənin konsert proqramında tanınmış müğənnilər – Əməkdar Artist Lalə Məmmədova və Niyam Salami maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.