Dubayda dünyanın ən hündür göydələnlərindən biri olan 79 mərtəbəli Torch Tower binası alova bürünüb.

AZƏRTAC xəbər verir ki, Gulfnews qəzetinin saytında yerləşdirilən məlumata görə, 9-cu mərtəbədə başlanan yanğın yuxarı mərtəbələrə keçib. Alovun qarşısının alınmasında şəhərin 4 yanğınsöndürmə stansiyasının əməkdaşları cəlb edilib. Binada yaşayanların xəsarət alması barədə məlumat verilmir.

Oxşar yanğın hadisəsi bu binada 2015-ci ildə də baş vermişdi.