Çin dünya üzrə ikinci ən böyük su elektrik stansiyasının tikintisinə başladığını bildirib.
Astarainfo.az Publika.az -a istinadən xəbər verir ki, ölkənin Tzinşa çayında inşasına başlanılan “Bayxetan” su elektrik stansiyası layihəsinə görə ən iri SES hesab olunur. Tikintisinə 2008-ci ildə başlanılan SES 2022-ci ildə istifadəyə veriləcək.
“Bayxetan” su elektrik stansiyasının gücü 16 QVt, orta illik elektrik enerjisi istehsalının həcmi isə 60,24 teravatt/saat təşkil edəcək.
Bu Çinin üçüncü, dünya üzrə isə sayca 4-cü ən iri bənd hesab olunacaq.
Hazırda dünyanın ən iri su elektrik stansiyası da Çinə məxsus olan “Üç dərə” stansiyasıdır.