Kolleclərə ixtisas seçimi avqustun 6-da başa çatacaq

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi avqustun 6-sı saat 23.59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı iyirmidən və riyaziyyat fənni üzrə balı ondan az olmayan abituriyentlər buraxılırlar.
Avqustun 4-ü 15.10-a olan məlumata əsasən, 11min 78 abituriyent ixtisas seçimi edib.
Müsabiqəyə qeyd olunan müddət ərzində ixtisas seçimi edib ərizəsini təsdiqləmiş abituriyentlər buraxılacaqlar.