Luçesku Arda Turanın qayıtmasını istəyir

Türkiyə millisinin yeni baş məşqçisi Mirça Luçesku bir müddət öncə yığma karyerasını bitirdiyini açıqlayan Arda Turan barədə danışıb.

Astarainfo.az Goal.az-a istinadən xəbər verir ki,  rumıniyalı mütəxəssis Türkiyə mətbuatına açıqlamasında “Barcelona”nın üzvünün geri dönməsini istədiyini deyib: “Ardanın qayıtmasını istəyirəm. Yaxşı, yüksək səviyyəli oyunçudu. Bizə çox köməyi dəyər”.

Xatırladaq ki, bir müddət öncə millini daşıyan təyyarədə jurnalistə hücum edən Arda, federasiya rəhbərliyi tərəfindən yığmadan müvəqqəti olaraq kənarlaşdırılmışdı. Bundan sonra mətbuat konfransı təşkil edən yarımmüdafiəçi, milli karyerasını başa vurduğunu açıqlamışdı.