“Təbii ki, “Neftçi” haqqında məlumatım var idi. Yaşadığım şəhər Zaqrebi təmsil edən “Dinamo” 5-6 il bundan əvvəl Çempionlar Liqasının seçmə mərhələsi çərçivəsində bu komanda ilə üz-üzə gəlmişdi. O vaxtdan “Neftçi”ni tanıyıram. Komanda haqqında təəssüratım yaxşıdır”.
Astarainfo.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Mateo Mujek klubun telekanalına deyib.
22 yaşlı xorvatiyalı müdafiəçi texniki cəhətdən çox yüksək bir kollektivlərinin olduğunu bildirib: “Bu komanda əvvəl çıxış etdiyim çempionatdan daha yüksək səviyyədə olan Azərbaycan Premyer Liqasında mübarizə aparır. Komanda yoldaşlarım çox yaxşıdırlar və heç vaxt öz köməklərini məndən əsirgəmirlər. Buna görə də məni hər şey qane edir. Hazırda “Neftçi”dəyəm və yalnız bunu düşünürəm. Gələcəkdə isə nə olacağına baxarıq”.