“Qəbələ”dən Avroliqaya erkən vida

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin oyunlarına yekun vurulacaq.

Astarainfo.az Qol.az-a istinadən xəbər verir ki, turnirdəki yeganə təmsilçimiz “Qəbələ” çox vacib oyuna çıxıb. Roman Qriqorçukun komandası 2 il əvvəl pley-offda mübarizədən kənarlaşdırdığı “Panatinaikos”la üz-üzə gəlib.

Afinada keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn Yunanıstan klubunu cavab görüşündə də qələbə qazanıb – 2:1.

Bununla da “Qəbələ” Avroliqada mübarizəni dayandırıb.

Qeyd edək ki, “Qəbələ” bundan əvvəl dalbadal 2 il Avropa Liqasının qrup mərhələsində oynayıb.