Futbol üzrə növbəti mövsümün təqvimi açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/18 mövsümünün təqvimi açıqlanıb.

Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 turdan ibarət olacaq ölkə çempionatına avqustun 11-də start veriləcək.

2018-ci il mayın 20-də başa çatacaq mövsümün açılış oyunu “Neftçi” və “Qarabağ” komandaları arasında olacaq.