Baş nazir Artur Rasizadə “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na dəyişiklik edib.
Astarainfo.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, dəyişikliyə görə, qaydalarda “pambıq və tütün” sözləri “pambıq, tütün və şəkər çuğunduru” sözləri ilə əvəz edilib. Bundan əlavə fəyişikliyə görə “becərilən bitkilər” sütununda “şəkər çuğunduru” sözləri “yonca” sözü ilə əvəz edilib. Yəni həmin qaydalarla təsdiq edilmiş əlavəyə görə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi şəkər çuğunduru və yonca əkini ilə məşğul olan şəxslərə şamil olacaq. Onlara hər il 50 manat yardım verilməsi nəzərdə tutulur.