Biotənzimləyici terapiya vasitəsilə bir çox xəstəliklər – xroniki baş ağrıları, beyin qan dövranının pozulması, osteoxondrozlar, əzələ-oynaq ağrıları və digər xəstəliklər müalicə olunur.
Astarainfo.az Axar.az-a istinadən xəbər verir ki, bu müalicə zamanı bitki və heyvan mənşəli, minerallar və mikroelementlərlə zəngin, Almaniya istehsalı olan antihomotoksik preparatlardan istifadə olunur. Xüsusi qeyd etmək lazımdır ki, bu dərman vasitələri konservantlar, boyayıcılar və bu kimi digər kimyəvi maddələrə malik deyil. Həkim-nevroloqlar bu dərman maddələrini bioloji aktiv nöqtələrə yeritməklə, bioloji təbabətin əsas prinsipi olan, orqanizmə heç bir zərər vurmadan, onun funksiyalarını pozmadan, orqan və hüceyrələrin funksiyasını bərpa edirlər.
Bioloji Təbabət Klinikasının həkimi, nervopataloq Aygün Məmmədovanın sözlərinə görə, bu və ya digər nevroloji xəstəlikləri biotənzimləyici təbabətin imkanları nəticəsində, xəstənin öz qanı ilə müalicə etmək mümkündür:
“Biotənzimləyici terapiya vasitəsilə orqanizmin enerji sistemi tənzimlənir. Belə ki, toxumaların funksiyalarını bərpa etmək üçün ilk növbədə onun enerji blokadası aradan qaldırılmalı, sonra isə müvafiq müalicə təyin olunmalıdır. Terapiyanın bu növü bioloji təbabətin əsas prinsipi olan, orqanizmin özünü tənzimləməklə sağaltmaq funksiyasına istinad edir. Müalicə zamanı bioloji pəncərələrə inyeksiyaların təyini həkimə arzuolunan effekti almaqda yaxından kömək edir. Bioloji təbabətin başqa bir üstünlüyü isə pasiyentlər arasında sağlam və dinamik həyat tərzini təbliğ etməsindədir”.