Beyni öldürən 10 təhlükəli vərdiş

Beyin insan orqanizminin ən vacib orqanıdır. XXI əsrdə əksər işlər birbaşa zehni əməklə bağlıdır. Belə olan halda, niyə onu qorumuruq?

  İnsan beynini yavaş-yavaş məhv edən 10 təhlükəli vərdiş var. Siyahı ilə tanış olduqdan sonra onlardan can qurtarmaq öz əlinizdədir.

Səhər yeməyindən imtina

Səhər yeməyi yeməyənlərin qanında qlükozanın səviyyəsi aşağı olur. Bu da beynin aktivliyini aşağı salır.

Normadan artıq qidalanma

Bədəndə xolesterinin miqdarı çox olur. Bu da beynin işini ləngidir.

Siqaret çəkmə

Siqaret çəkən insanların beyin hüceyrələri ölür. Bu da birbaşa beynin fəaliyyətinə təsir edir.

Həddən artıq şəkər qəbulu

Nə qədər çox şəkər qəbul etsəniz, bir o qədər də zəhərli maddələr və artıq çəkidən əziyyət çəkəcəksiniz.

Çirkli hava

Bu amil sizdən asılı olmasa da, bilməlisiniz ki, oksigen çatışmazlığı beyin fəaliyyətini zəiflədəcək.

Yuxusuzluq

Əgər yuxu rejiminə riayət etmirsinizsə, bu, sizin üçün yaxşı deyil. Beyin hüceylərini öldürən ikinci amil yuxusuzluqdur.

Narkotik və spirtli içkilər

Bu kimi maddələr beynin fəaliyyətini məhv edir.

Xəstəlik zamanı işləmək

İnsan xəstə olduğu zaman zehni əməklə məşğul olursa, bu, beynə mənfi təsir edir. Çünki xəstəlik zamanı orqanizm bütün resurslarını məhz xəstəliklə mübarizəyə yönəldir. Belə olan halda, beyin lazimi qədər oksigen ala bilmir.

9. Stimul və inkişafın çatışmazlığı

Beynə daim inkişaf lazımdır. Gündəlik oturub televizora baxmaq əvəzinə, kitab oxu, krossvord həll et və ya şahmat oynayın.

10. Danışmamaq

Danışmaq da beynə birbaşa stimul verən vasitədir.

 

Publika.az

İsa Şükürov