Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 9-14 tarixlərində Macarıstanın Siofok şəhərində Avropa çempionatının birinci seçmə mərhələsində, avqustun 23-28-dək isə Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edəcək.

AFFA-dan AZƏRTAC bildirilib ki, Azərbaycan milli komandası Portuqaliya, Belarus, Polşa, Almaniya, İtaliya, Ukrayna yığmaları ilə qarşılaşacaq.