Parisin “Şəhər və beton” arxitektura studiyasının mütəxəssislərinin sonuncu işlərindən biri olan “Cylinder House” (modul silindrlərdən ibarət ev) layihəsi maraqla qarşılanıb.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, bu layihə ev tikintisində qeyri-standart bir yanaşmadır. Müxtəlif ölçülü və fiqura malik silindir şüşələrdən hazırlanmış evin daxili arakəsmələri olmadığından onu genişləndirməklə həcmini artırmaq mümkündür.
Evin digər özəlliklərindən biri də odur ki, şüşə silindrləri tikinti sahəsinin relyefindən asılı olaraq, istənilən cür düzmək olar.