“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi rus dilində “Qarabağın təbiəti və ekologiyası” sənədli filminin hazırlanması layihəsini başa çatdırıb.

İctimai birlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşan layihə çərçivəsində rus dilində “Qarabağın təbiəti” adlı sənədli film çəkilib.

Layihə 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətraf rayonlarında apardığı terror və işğal siyasəti nəticəsində Qarabağın təbiətinə dəymiş ziyan haqqındadır. Qarabağın füsunkar təbiəti barədə də filmdə geniş söhbət açılır.

Qeyd edək ki, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi bundan əvvəl 3 dildə “Qarabağ abidələri”, “Qarabağ yaddaş” kitablarını, ingilis dilində “Qarabağın Xristian abidələri”, “Qafqazın konservatoriyası”, “Qarabağın mədəniyyət xəzinələri”, ingilis və rus dillərində “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” və “Qarabağ müharibəsi: xronika (1988-94)” filmlərini hazırlayıb.