Rusiya Avropa Birliyinin Moskvaya qarşı yeni sanksiya qərarına qarşılıq verəcəyini istisna etmir.
Astarainfo.az Publika.az -a istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyini bəyənat qəbul edib. Bəyanatda yazılır ki, yeni qadağalar beynəlxalq hüquq normalarına ziddir. Üstəlik, Moskvaya qarşı irəli sürülən iddialar həqiqəti əks etdirmir.Xatırladaq ki, 3 gün əvvəl Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Buna səbəb olaraq, Moskvanın Almaniyanın Simens şirkətindən aldığı qaz turbinlərindən qanunsuz olaraq Krımda istifadə etməsi göstərilib.Çünki qurum Krımı Ukrayna ərazisi kimi tanıyır. Qadağalar Rusiyanın 3 şirkət və eyni sayda vətəndaşına şamil edilib.