İngiltərə milli komandasının və “Çelsi”nin sabiq futbolçusu Frenk Lempard bu televiziyada çalışacaq

İngiltərə milli komandasının və Londonun “Çelsi” klubunun sabiq futbolçusu Frenk Lempard televiziyada çalışacaq.

Astarainfo.az Enter.News-a istinadən bildirir ki,  39 yaşlı veteran futbolçu Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının matçlarının bir hissəsinin yayım hüququna sahib olan “BT Sport”da fəaliyyət göstərəcək.
O, məsləhətçi qismində işləyəcək.
“BT Sport” bir müddət əvvəl İngiltərə yığmasının və “Liverpul”un sabiq futbolçusu Stiven Cerrardla da müqavilə imzalayıb.
Qeyd edək ki, Frenk Lempard karyerası ərzində 106 dəfə İngiltərə millisinin formasını geyinib və 29 qola imza atıb. O, “Çelsi”nin heyətində Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Premyer Liqası və ölkə kubokunun qalibi olub. Veteran futbolçu bütün dövrlərdə London təmsilçisinin ən yaxşı bombardiridir. Onun hesabında 648 oyuna 211 qol var.