Əzizə Mustafazadə İtaliyada Beynəlxalq Caz Festivalında çıxış edəcək

Astarainfo.az REPORT.AZ -a istinadən xəbər verir ki, İtaliyada sayca 8-ci Beynəlxalq Nora Caz Festivalı (International Nora Jazz Festival) keçirilir.

Sardiniyada avqustun 2-də başlayan və ayın 12-dək davam edəcək festivalda Azərbaycan da daxil olmaqla, dünya ölkələrinin tanınmış caz ifaçıları iştirak edirlər.

Belə ki, festival beynəlxalq pianoçu, caz ifaçısı, müğənni Əzizə Mustafazadənin çıxışı ilə bağlanacaq.