Almaniyanın Köln şəhərində ağcaqanad dişləyən bir qadının vəziyyəti ağırlaşıb.
Astarainfo.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, xəstəxanada ilkin tibbi müdaxilədən sonra qadın evinə göndərilib.
Lakin, vəziyyəti yenidən ağırlaşan qadın komaya düşüb. 1 həftə ərzində vəziyyəti düzəlməyən qadının 2 ayağı və əli amputasiya edilib.
Məlumata görə, ağcaqanad qadını dişləyərkən qan zəhərlənməsinə səbəb olan infeksiya ötürüb