Ardanın menecerindən “Qalatasaray” açıqlaması

Ahmet Bulut meneceri olduğu “Barselona”nın futbolçusu Arda Turanın “Qalatasaray”a keçəcəyi barədə yayılan iddialara münasibət bildirib.

Astarainfo.az Qol.az-a istinadən  yaydığı xəbərə görə, o, bununla bağl hansısa bir danışıqların olmadığını bildirib: “Qalatasaray”ın prezidenti Dursun Özbəklə görüşdüm. Ancaq görüş zamanı Ardanın transferi ilə bağlı danışmamışam. Onun “Barselona” ilə 3 illik müqaviləsi var”.

Qeyd edək ki, D.Özbək A.Turanı transfer etmək istədiklərini açıqlayıb.