Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib.
Bakı şəhər prokurorluğundan verilən məlumata görə, Bakı şəhər sakini, azyaşlı Nigar Hüseynovaya (ad, soyad şərtidir) qarşı 1983-cü il təvəllüdlü Abbas Murad tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə avqustun 8-də Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində A.Murad şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.