Çinin Siçuan əyalətində 7 bal gücündə baş vermiş zəlzələ nəticəsində 9 nəfər ölüb, 164 nəfər xəsarət alıb.
AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, ötən gün yerli vaxtla 21:19-da yer səthindən 8 km dərinlikdə güclü təkanlar qeydə alınıb. Zəlzələ 20 mindən çox evə ziyan vurub. Zəlzələdən sonra bir-birinin ardınca 100-dən çox daha kiçik olan təkrar seysmik təkanlar qeydə alınıb.