Türkiyə milli komandasının futbolçusu Emre Mor formasını geyindiyi Dortmund “Borussiya”sının mövsüm öncəsi fotosessiyasında iştirak etməyib.
Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, buna səbəb 20 yaşlı hücumameyilli yarımmüdafiəçinin İtaliya “İnter”inə keçməyə yaxın olmasıdır.
E.Morun iki illik müddətə Milan təmsilçisinə icarəyə veriləcəyi bildirilir. Müqavilədə yer alacaq bəndə əsasən, “İnter” 15 milyon avro qarşılığında türkiyəli futbolçunu transfer də edə bilər.
Qeyd edək ki, Emre Mor 2016-cı ilin iyun ayında 9,5 milyon avroya Danimarkanın “Norşellann” klubundan “Borussiya”ya keçib. O, ötən mövsüm Dortmund təmsilçisinin heyətində 12 oyuna çıxıb və 1 qol vurub.