“Kopenhagen”lə oyunu buraxa bilər – “Qarabağ”da ciddi itki

“Qarabağ”ın yeni transferi Donald Gerye zədələnib.

Astarainfo.az Qol.az-a istinadən xəbər verir ki, haitili yarımmüdafiəçi məşq zamanı zədələnib.

Onun Topaz Premyer Liqanın ilk turunda “Neftçi” ilə oyunu buraxacağı gözlənilir. Geryenin avqustun 15-də Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçiriləcək matçda iştirak edib-etməyəcəyi isə hələlik bəlli deyil.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü avqustun 11-də keçiriləcək.