Avqustun 12-də Belarusun paytaxtı Minskdə Azərbaycan mədəniyyəti günləri keçiriləcək.
AZƏRTAC “Minsk-Novosti”yə istinadən xəbər verir ki, bu barədə Minsk Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Yuxarı Şəhərdəki meydanda keçiriləcək tədbiri Minsk Şəhər İcra Hakimiyyəti və Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi təşkil edəcək.
Mədəniyyət günlərində “Qafqaz əfsanələri” və “Sarı gəlin” kollektivləri və müxtəlif musiqi müsabiqələrinin iştirakçıları çıxış edəcəklər.
Tədbirdə rəqs üzrə ustad dərsləri keçiləcək, milli mətbəximizdən təamlar hazırlanacaq, Azərbaycan məhsullarının sərgi-satışı təşkil ediləcək.