Misirin Şarm-əş-Şeyx kurort şəhərinin çıxışında turist avtobusu aşıb.
Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 26 nəfər müxtəlif xəsarətlər alıb.
Məlumata əsasən, xəsarət alanların hamısı Misir vətəndaşı olub və onlar xəstəxanaya yerləşdiriliblər.