UEFA klubların yeni reytinqini açıqlanıb.

Stadium.az xəbər verir ki,  Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Şerif”ə qalib gələn (2:1) “Qarabağ” xalını artırıb.

Azərbaycan çempionu son 5 mövsümün nəticələrinə görə hesablanan reytinqini 16,500-ə çatdırıb. “Şerif”lə oyuna qədər  16,000 xalla 75-ci yerdə olan “Qarabağ”  İtaliya “İnter”i, Moskva “Dinamo”su və “Rubin”lə eyni xala malik idi. Tiraspoldakı qələbədən sonra isə  “Qarabağ” hər üç şərikini arxada qoyaraq 75-ci yerə yüksəlib.

Digər klublarımızdan  “Qəbələ” (5,250) 168-ci, “Neftçi”, “İnter”, “Zirə”, “Xəzər Lənkəran” və “Kəpəz” (hamısı 3,475) isə  248-ci yerdə qərarlaşıb