Tibb Universitetinə köçürülmək istəyən tələbələrin bilikləri qiymətləndirilib

Dövlət imtahan Mərkəzi (DİM) Azərbaycan Tibb Universitetinə köçürülmək istəyən şəxslərin tibbi biliklərinin test üsulu ilə qiymətləndirilməsinin nəticələrini açıqlayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, avqustun 9-da xarici ölkə universitetlərində və ya Naxçıvan Dövlət Universitetində ali təhsilini başa çatdırmamış və bu təhsilin Azərbaycan Tibb Universitetində davam etdirməsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etmiş tələbələrin müvafiq kurslar üzrə əldə etdikləri biliklərinin test üsulu ilə qiymətləndirilməsi aparılıb.

Qiymətləndirmənin nəticələri ilə DİM-in saytında tanış olmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır