Türkiyə Superliqasında yeniliklər

Türkiyə Futbol Federasiyası Superliqada bəzi dəyişikliyə imza atıb.

Astarainfo.az Qol.az-a istinadən  yaydığı xəbərə , TFF-nin yeni qərarı ilə bundan sonra elita klubları oyunlar zamanı iştirak ərizələrinə 18-21 futbolçu daxil edə biləcəklər. Hansısa komandanın iştirak ərizəsi 18 futbolçudan ibarət olsa, biri qapıçı olmaqla ən azı 7 futbolçunun Türkiyə millisində oynamaq hüququna malik olması şərtdir. İştirak ərizəsi 19 nəfərdən ibarət olacağı təqdirdə Türkiyə vətəndaşlığına malik oyunçuların minimum sayı 8 olmalıdır. 20 və ya 21 futbolçudan ibarət siyahı ilə oyuna çıxacaq komandalar isə bu say 9-a çatacaq

Bundan başqa, oyunun gedişində eyni vaxtda isinmə hərəkətləri yerinə yetirəcək oyunçu sayı  5-ə qaldırılıb.