“Fənərbaxça” növbəti transferini gerçəkləşdirib.
Astarainfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Zenit”in yarımmüdafiəçisi Julianonu rənglərinə bağlayıb.
27 yaşlı futbolçu cümə günü Türkiyəyə gələcək və “sarı-lacıvərdlilər”lə müqavilə imzalayacaq. Məlumatı “beİN Sports” yayıb. Transferin detalları isə açıqlanmayıb.
Qeyd edək ki, braziliyalı futbolçu “Zenit”ə 2016-cı ildə “Qremio”dan transfer edilmişdi.