ABŞ-ın Hərbi-Hava Qüvvələrinə məxsus “Northrop F-5” qırıcı təyyarəsi qəzaya uğrayıb.

Astarainfo.az Publika.az -a istinadən xəbər verir ki, hadisə barədə Hərbi-Dəniz Qüvvələrləri bəyanat verib.

Yerli vaxtla saat 12:40-da Florida ştatı sahillərində təlim uçuşları həyata keçirən “Northrop F-5” qırıcı təyyarəsi uçuş zamanı naməlum səbəblərdən okeana düşüb.

Uğurlu katapult edən pilot okean sahillərinə düşərək sağ qalıb. Sahil mühafizəsi tərəfindən xəstəxanaya yerləşdirilən pilotun vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.