Astarada ucqar dağ kəndi olan Taxtanəkəran-Toradi avtomobil yolunda asfalt döşənilməsi işi sürətlə davam etdirilir.

Astarainfo.az xəbər verir ki,  Astara rayonunun dağlıq ərazisində yerləşən, 12 min nəfər əhalinin  yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən 26 km uzunluğunda ola Taxtanəkəran-Miki, Taxtanakəran-Toradi avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
Avtomobil yollarının yenidən qurulması vətəndaşların gediş-gəlişinin rahatlaşmasında, yük və sərnişin daşımasının yaxşılaşmasına gətirib çıxaracaq, həmçinin sözügedən ərazilərdə yeni turizm marşrutlarının yaranması  turizmin inkişafına daha çox səbəb olacaqdır.
Astara üçün 2017-ci ilin yetərincə uğurlu olduğu aydın görünür. Rayon xeyli abadlaşıb, şəhər və kəndlərin siması daha da gözəlləşib və əhalinin həyat şəraiti yaxşılaşıb.Günü-gündən yeni və müasir sima alan Astara, dağ yollarının abadlaşması ilə özünün ən yaxşı sosial fəaliyyətini birbaşa göstərir.
Astarainfo.az xəbər verir ki, Taxtanəkəran-Toradi avtomobil yolunda  asfaltlaşma işləri Hamoşam ərazisindən keçib Asxanakəran ərazisində ən yüksək səviyyədə davam etdirilir.Hal-hazırda isə 4200 metr üst  2800 metr alt asfalt çəkilmişdir .Yolların daha müasir və dayanıqlı olması üçün  ən müasir texniika və vasitələrdən istifadə olunur.
Rayonun rəhbərliyi Astaranın günün tələblərinə uyğun şəkildə inkişafından ötrü səylərini əsirgəmir. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev abadlıq-quruculuq tədbirlərini gündəlik nəzarətdə saxlayır, elə gün olmur ki,  tikinti meydanlarına, yenidənqurma obyektlərinə baş çəkməsin, bu və digər çətinliyi yerindəcə həll edib gözəllik yaradanlara qol-qanad verməsin. Elə bunun nəticəsidir ki, Astara şəhərinin küçələrində əsaslı təmir işləri davamlı surətdə, özü də yüksək zövqlə görülür.
 Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra olunur. Rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması sahəsində də xeyli iş görülüb. Dövlətimizin başçısı ötən ilin aprelində Astaraya səfərində Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edib. Yola sərf olunan milyonlarla vəsait hədər getməyib.  Uzunluğu 21 kilometr olan rahat yoldan 21 yaşayış məntəqəsinin 12 minlik əhalisi istifadə edir, avtomobillərin hərəkəti xeyli asanlaşıb.Əlbəttə ki, gediş-gəliş olmayan dağ yollarının abadlaşdırılması və asfaltlaşması bu gün rayona gələn turistlərin sayını xeyli  artırmışdır.
Həmçinin qeyd etmək istərdik ki,yeni yolların salınması xarici sərmayəçilərin rayonumuza  gəlişini daha da artırmışdı.Yol cəmiyyətin formalaşmasında,onların  həytlarının yaxşılaşdırılmasında  ən əhəmiyyətli sosialyönümlü fəaliyyətdir.
  Sosialyönlü layihələrin yerinə yetirilməsi istiqamətində işlər uğurla aparılır. Bu gün rayonun hansı guşəsində olsaq, orada geniş tikinti-quruculuq işlərinin getdiyinin şahidi oluruq. Bir sözlə yol iqtisadiyyat,mədəniyyət və həyat deməkdir.
 Astarainfo.az