Xəbər verdiyimiz kimi, avqustun 7-də Ermənistan silahlı bölmələri tərəfindən Tovuzun Qaralar kəndi iriçaplı silahlardan atəşə tutulub. Nəticədə kənd sakini 13 yaşlı Yusifov Ramin Sabir oğlu yaralanıb
.Raminin atası Sabir Yusifov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Bizim kənd Ermənistanın Berd rayonu ilə sərhəddə yerləşir. Evimiz isə mənfur qonşularımızın döyüş postunun yaxınlığındadır. Kəndimiz, xüsusilə dinc sakinlər tez-tez atəşə məruz qalır. Ermənilərin növbəti təxribatı nəticəsində oğlum Ramil ayağından yaralandı. Sağ olsun həkimlərimiz oğluma lazımi tibbi yardım göstərdilər, ayağındakı qəlpələri təmizlədilər”.
O qeyd edib ki, erməni hərbçiləri dinc sakinləri, xüsusilə uşaqları hədəfə alırlar: “Onların məqsədi bizi doğma torpağımızdan didərgin etməkdir. Ancaq bu mənfur məqsədlərinə çatmayacaqlar. Çünki bizi Azərbaycan Ordusu qoruyur. Onlar Azərbaycan əsgəri ilə üz-üzə gəlməkdən çəkindikləri üçün, kəndi atəşə tuturlar. Lakin ordumuz cavablarını layiqincə verir”, – deyə Raminin atası bildirib.
Ermənilərin atəşkəsi tez-tez pozması kənd sakinlərinin təsərrüfat iş
lərini görmələrinə də mane olur. Hətta sakinlərin evlərinə, mal-qaralarına da ziyan dəyir. Sabir Yusifov beynəlxalq təşkilatları buna göz yummamağa çağırıb. “Bir ay əvvəl, iyulun 4-də ermənilər Füzuli rayonunun Alxanlı kəndini də ağır silahlardan məqsədli şəkildə atəşə tutmuşdu. Nəticədə 51 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirilmişdi. Digər sakin, 52 yaşlı Sərvinaz Quliyeva isə ağır yaralanmışdı. Bu dəfə isə mənim oğlum hədəf oldu. Beynəlxalq təşkilatlar nə vaxtadək bu haqsızlığa göz yumacaq!?”, – deyə Sabir Yusifov haqlı iradını bildirib.