İsrail bu gecə ora hücum edəcək

İsrail hərbi qüvvələri bu gecə Qəzza zolağına əməliyyat təşkil edəcək.

Astarainfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qüdsdəki rejimin Qəzza ətrafına yeraltı sədd çəkməyi planlaşdırdığı da bildirilib.
Qeyd edək ki, bu xəbərin İsrail Baş naziri Benyamin Netanyahu ilə bağlı korrupsiya araşdırmaları dövrünə təsadüf etməsi diqqətlərdən yayınmayıb. Belə ki, Netanyahunun başçılıq etdiyi Likud Partiyasının israillilər arasında nüfuzu getdikcə aşağı düşür.