Məleykə Abbaszadə Ağdaşda vətəndaşlarla görüşəcək

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 18-də Ağdaş rayonunda vətəndaşlarla görüş keçirəcək.

Astarainfo.az Axar.az-a istinadən bildirir ki, görüşdə Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Ağdaş rayonunda qəbul avqustyn 18-də saat 11:00-da Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Göyçay Regional Bölməsinə şəxsiyyət vəsiqəsilə birlikdə (ünvan: Göyçay ş., R. İsayev k., 43, əlaqə telefonu: (020) 274 66 74)) müraciət etmələri xahiş olunur.

Bundan əlavə, görüş üçün Ağdaş, Mingəçevir, Naftalan, Yevlax və Goranboy rayon təhsil şöbələrində də avqustun 17-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.